Muzey Mərkəzindəki sərgi davam edir

 

Tanınmış rəssam Mahmud Rüstəmovun Muzey Mərkəzində açılan “Un/Published” adlı fərdi sərgisinin vaxtı iyulun 20-dək uzadılıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasından bildirilib ki, ziyarətçilər qeyd edilən tarixədək sərgi ilə tanış ola biləcəklər. Muzey Mərkəzi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan sərgi iyunun 21-də açılıb.

Sərgidə rəssamın rəngkarlıq, qrafika, heykəltəraşlıq və müasir incəsənət əsərləri nümayiş olunur.

 

Mədəniyyət.-2019.- 17 iyul.- S.3.