Milli
Mətbuat Günü münasibətilə “Açıq
kitabxana”
Zərdab rayon Mərkəzi Kitabxanası
şəhər 38 saylı kitabxana filialı ilə birgə
22 iyul – Milli Mətbuat Günü münasibətilə
“Açıq kitabxana” guşəsi təşkil edib.
Qaçqın və
köçkünlərin məskunlaşdığı
Peşə liseyində təşkil edilən tədbirdə
əsası Həsən bəy Zərdabi tərəfindən
qoyulmuş milli mətbuatımızın tarixi,
“Əkinçi” qəzetinin ənənələrinin
yaşadılmasından bəhs olunub.
“Açıq kitabxana”da uşaqlar
üçün maraqlı kitab və jurnallar da
sərgilənib. Uşaqlar kitabxanaya üzv yazılıblar.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 2.