“Muzey
əşyalarının daimi mühafizə portalı” üzrə
növbəti treninq keçirilib
İyulun
15-də Şəmkir şəhərində “Muzey əşyalarının
daimi mühafizə portalı”nın yenidən işlənilmiş
proqram təminatının istifadə qaydalarına dair təqdimat
– treninqin ikinci mərhələsi keçirilib.
“Muzey
əşyalarının daimi mühafizə portalı”nın
yenilənmiş proqram təminatı “AdZone” şirkəti tərəfindən
hazırlanıb. Bununla əlaqədar, şəhər və
rayonlarda fəaliyyət göstərən Heydər Əliyev
mərkəzləri və muzeylərin əməkdaşları
üçün yeni proqram təminatının izah edilməsi
məqsədilə regional təqdimat-treninqlər
keçirilir.
20-21
iyun tarixində Qəbələ şəhərində təşkil
olunan ilk treninqdə İsmayıllı, Şəki, Kürdəmir,
Sumqayıt və Xaçmaz regional mədəniyyət idarələrinin
tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və
muzeylərin direktor, baş mühafiz və portalla işləyən
operatorları iştirak etmişdi.
Növbəti
treninq 15-16 iyul tarixində Şəmkir şəhərində
təşkil edilib. Tədbirdə Mədəniyyət
Nazirliyinin Muzey işi və mədəni sərvətlərə
nəzarət şöbəsinin müdiri Azadə
Hüseynova, şöbənin Mədəniyyət sərvətlərinə
nəzarət və reyestrlər sektorunun müdiri Yaşar
Hüseynli, İnformasiya və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdir müavini Qabil Abbasov, Azərbaycan
İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyibli, “AdZone”
şirkətinin əməkdaşları iştirak ediblər.
Treninqə Ağstafa, Şəmkir, Gəncə, Bərdə,
Ağcabədi regional mədəniyyət idarələrinin
tabeliyində olan Heydər Əliyev mərkəzlərinin və
muzeylərin direktor, baş mühafiz və portalla işləyən
operatorları qatılıb.
Treninq
zamanı portalın proqram təminatının istifadə
qaydalarına dair təqdimat nümayiş olunub, o cümlədən
portalla bilavasitə məşğul olan operatorlara muzey
fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi
qaydası göstərilib.
Mədəniyyət
Nazirliyinin “Muzey sərvətlərinin daimi mühafizə
portalı” üçün vahid idarəetmə sisteminin
yaradılması məqsədilə muzeylər tərəfindən
toplanılmış və sistemləşdirilmiş məlumat
bazasının idarə olunması, yenilənməsi və
internet məkanında təmsil olunması üçün
proqram təminatı ən müasir, beynəlxalq və milli
texniki parametrlərə və təhlükəsizlik
standartlarına cavab verir və gələcəkdə onun digər
məlumat bazaları və portallarla inteqrasiya olunması nəzərdə
tutulur.
Mədəniyyət.-
2019.- 17 iyul. S. 2.