İslam ölkələrinin
kulinarları Bakıda bir araya
gəlib
Bakıda
Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya
Assosiasiyasının (AMKA) təşkilatçılığı
ilə Dünya İslam Kulinariya Konqresi keçirilir.
İyulun
16-da konqresin açılış mərasimində
çıxış edən Dünya İslam Kulinariya
Birliyinin (WICS) prezidenti Gökhan Tufan tədbirin Azərbaycanda
keçirilməsindən məmnunluğunu ifadə edib.
Vurğulanıb ki, konqresin keçirilməsində məqsəd
İslam ölkələrinin kulinariyasını bir araya gətirmək
və təbliğ etməkdir.
AMKA-nın
prezidenti Tahir Əmiraslanov məlumat verib ki, üç
gün davam edəcək konqresdə
24 ölkə iştirak edir. Tədbir çərçivəsində
halal qida sərgisi, aşpaz və qənnadıçıların
İslam mətbəxi yarışları, WICS kateqoriyalı
münsif kursları, Dünya İslam Kulinariya Birliyinin II
konfransı da keçiriləcək. Həmçinin “Azərbaycanın
Tovuz bölgəsinin mətbəxi” axşamı keçiriləcək.
T.Əmiraslanov
ötən il nəşr olunan “Azərbaycan mətbəxində
dolmalar” adlı kitab barədə də məlumat verib.
Vurğulayıb ki, kitab Azərbaycan mətbəx mədəniyyətini
daim diqqətdə saxladığına, UNESCO-nun
siyahısında dolmanın Azərbaycanın qeyri-maddi mədəni
irs nümunəsi kimi yerini tutmasında böyük zəhmətinə
görə Birinci vitse-prezident Mehriban Əliyevaya ithaf edilib.
Kitabda 2016-cı ildə Abşeronda, 2017-ci ildə
Xaçmazda keçirilən dolma festivallarında təqdim
olunan 300-dən çox dolma növü öz əksini
tapıb.
Tədbirdə
WICS-nin baş katibi Əli Nouman, Milli Məclisin deputatı Qənirə
Paşayeva və başqaları çıxış edərək
konqres barədə öz fikirlərini bölüşüblər.
Mədəniyyət.-2019.- 17 iyul.-
S.2.