Çıraqqala abidəsində
bərpa işləri aparılacaq
Şabran
rayonu ərazisində yerləşən, V-VI
əsrlərə aid Çıraqqala abidəsində
bərpa işlərinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin bu ilin mart ayında imzaladığı
sərəncama əsasən, ölkəmizin ən qədim
tarixi abidələrindən biri olan Çıraqqalada
möhkəmləndirmə və bərpa-konservasiya
işlərinin aparılması üçün 2 milyon manat
ayrılıb. Ötən müddət ərzində
bərpa-konservasiya işlərinin aparılması
üçün zəruri tədbirlər həyata
keçirilib, layihə-smeta sənədləri
hazırlanıb. İyul ayının əvvəlindən
isə bərpa işlərinə start verilib.
Çıraqqala mərkəzi qala da daxil olmaqla 17
bürcdən ibarət düzbucaqlı formada olub. İndi
həmin bürclərin ancaq üçü salamat qalıb.
Ümumilikdə isə qalanın izləri məlum olan 8
bürcündə bərpa-konservasiya işləri həyata
keçiriləcək. Görüləcək işlər
zamanı bürclərarası qala divarları da
bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar
aparılacaq. Tarixi abidəni ziyarət edənlərin
rahatlığını təmin etmək məqsədilə
ərazidə yerləşən meşənin içindən
qalaya qalxacaq piyadalar üçün yol, eləcə də
qala divarları boyu yol salınacaq.
Çıraqqalanın
bərpası üzrə işlərin bir il ərzində
yekunlaşdırılması nəzərdə tutulub. Lakin
ərazinin mürəkkəb relyefi və hava şəraiti bu
müddətin uzanmasına təsir edə bilər.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 1-2.