Nəsimi irsinin nurunda

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa keçirilib.

Kitabxananın direktoru Oruc Quliyev tədbiri açaraq Nəsimi irsinin Azərbaycan klassik ədəbiyyatında yerindən bəhs edib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, filologiya üzrə fəlsəfə doktorları Zəkulla Bayramlı, Xədicə İsgəndərli və başqaları çıxışlarında Nəsimi yaradıcılığının Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında rolunu xüsusi qeyd ediblər.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi Arzu Məmmədova Nəsiminin sözlərinə bəstələnmiş musiqi nömrələri ifa edib. Aktrisa Zülfiyyə Eldarqızı Nəsiminin “Etməgil”, “İstəmə” qəzəllərini söyləyib.

Dəyirmi masanın sonunda “Məndə sığar iki cahan” adlı kitab sərgisinə baxış keçirilib.

 

 

Mədəniyyət.- 2019.- 19 iyul.- S. 2.