“Ən
yaxşı çıxış edən ölkə”
İstanbul Universitetində fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin üzvləri Beynəlxalq
Tələbə Dərnəkləri Federasiyası (UDEF)
tərəfindən təşkil edilən XII Beynəlxalq
Tələbə Görüşü
və digər əhəmiyyətli tədbirlərdə aktiv iştirak
etdiklərinə görə mükafatlandırılıblar. Birlik “Ən yaxşı çıxış
edən ölkə” nominasiyası üzrə təltif olunub.
“Ən
yaxşı çıxış edən ölkə” nominasiyası
üzrə sertifikat Azərbaycan
Mədəniyyət və Həmrəylik Birliyinin
qurucusu Rəşid Həsən
Mustafazadəyə təqdim edilib. Eyni zamanda, birliyin
fəal üzvləri
təşəkkürnamələrlə təltif olunub.
Xatırladaq
ki, bu ilin
aprel ayında İstanbulda
UDEF tərəfindən təşkil edilən XII Beynəlxalq
Tələbə Görüşündə 70-ə yaxın
ölkə təmsil olunmuşdu.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 2.