Məktəblilər
Bakı Kitab Mərkəzində
“Yay məktəbi”
layihəsi çərçivəsində Bakı
şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri Bakı Kitab Mərkəzinə ekskursiya
ediblər.
Məktəblilər Bakı Kitab Mərkəzinin imkanları ilə
tanış olub, oxu
zalı, elmi fəaliyyətlə
məşğul olanlar üçün
tədris guşələrinə baxış keçirib,
elektron tablolar
vasitəsilə mərkəzdə satılan kitablar
haqqında məlumat alıblar.
Ekskursiyanın təşkil olunmasında
məqsəd məktəblilər arasında mütaliə
mədəniyyəti və oxu
vərdişini inkişaf etdirmək, kitaba olan marağı daha da artırmaqdan
ibarətdir.
Qeyd edək ki, ödənişsiz qaydada təşkil olunan “Yay məktəbi” Bakı şəhəri
üzrə “Məktəblinin dostu”
layihəsinin tətbiq olunduğu 32
məktəbi əhatə edir.
Həftənin 5 günü
davam edən “Yay
məktəbi” çərçivəsində informativ sessiyalar keçirilir, müxtəlif idman
yarışları, ekskursiyalar
təşkil olunur, şagirdlər
maraqlı və əyləncəli vaxt
keçirirlər.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 3.