Tbilisidə fotoqraf
soydaşımızın sərgisi
Tbilisidə
azərbaycanlı fotoqraf Nurlan
Tahirlinin fərdi sərgisi
açılıb. Gürcüstan Milli Parlament Kitabxanasında açılan sərgi
“Travel Tunnel” (“Səyahət tuneli”) adlanır.
Azərbaycan Fotoqraflar Birliyi
(AFB) və Gürcüstan
Fotoqraflar Assosiasiyasının
(APG) birgə təşkil
etdiyi sərgidə fotoqrafın 30-dan çox
səyahət və şəhər mənzərələri
mövzusunda şəkilləri
nümayiş olunub.
APG-nin sədri Kaxa Pxakadze tədbiri
açaraq gənc fotoqrafın yaradıcılığını
təhlil edib, onun fotoqrafiya sahəsində daha böyük uğurlar qazanacağına əmin olduğunu söyləyib.
Gürcüstan Fotoqraflar Assosiasiyasının 2017-ci ildən
üzvü olan N.Tahirlinin bu sərgisi sayca üçüncüdür. Daha öncə onun Azərbaycanda (2015) və
Türkiyədə (2016) fərqli mövzularda
əsərləri nümayiş olunub.
N.Tahirli təhsilinin bakalavr pilləsini
Azərbaycan Dövlət İqtisad
Universitetində, marketinq üzrə magistratura təhsilini Türkiyənin Sakarya Dövlət Universitetində alıb. Bir sıra beynəlxalq
fotomüsabiqələrin iştirakçısı və
laureatıdır, 2019-cu ildə Avropa Fotoqraflar Federasiyası (FEP)
tərəfindən “European Photographer” (Avropa
fotoqrafı) təsnifatına layiq görülüb.
Mədəniyyət.- 2019.- 19 iyul.
S. 4.