Aprel şəhidinin xatirəsi
anılıb
İyulun 17-də Həzi Aslanov adına
Mərkəzi Zabitlər Evində xüsusi
təyinatlı tabor komandiri,
Aprel döyüşlərinin
şəhidi Mühüd Orucovun
anım mərasimi keçirilib.
Mərasimdə
filologiya üzrə fəlsəfə doktoru, şair, jurnalist Fəridə Ləmanın
şəhidin xatirəsinə həsr olunmuş
kitabı təqdim olunub.
Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin
dövlətimizin, ordumuzun gücünü
göstərən şanlı tarixi
qələbə olduğunu
söyləyib, bu qələbəni
Azərbaycan Ordusunun düşmən
üzərində qazanılacaq böyük
zəfərinin başlanğıcı kimi
dəyərləndiriblər.
Bildirilib ki, Mühüd Orucov göstərdiyi
qəhrəmanlığa görə Prezident
İlham Əliyevin 19 aprel
2016-cı il tarixli
sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı
ilə təltif edilib. Qeyd
edilib ki,
Azərbaycanın ərazi bütövlüyü
uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mühüd Orucovun da əziz
xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonda şəhidlərə həsr olunmuş
şeirlər səsləndirilib, mahnılar oxunub.
Mədəniyyət.-
2019.- 19 iyul. S. 4.