Nəsimi dilinin dialektoloji tədqiqi
AMEA-nın
Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası
şöbəsinin aparıcı elmi işçisi, dosent
Qüdsiyyə Qəmbərovanın “İmadəddin
Nəsiminin anadilli poetik
əsərlərinin diaxronik-dialektoloji
tədqiqi” monoqrafiyası nəşr olunub.
Monoqrafiya “Nəsiminin dili və Azərbaycan
şivələri” və “Nəsimi irsinin
tədqiqi məsələləri” fəsillərindən
ibarətdir.
Birinci fəsildə Nəsiminin əsərlərindən seçilmiş fonetik, morfoloji, leksik
dialektizmlər tarixi-müqayisəli aspektdə tədqiq olunub. İkinci
fəsildə isə müəllifin Nəsimi irsinin
frazeologiyası, nitq mədəniyyəti
ilə bağlı məqalələri yer
alıb.
Mədəniyyət.-
2019.- 19 iyul. S. 7.