Şamaxı
bölgəsinə etnomusiqi ekspedisiyası
Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının
(BMA) elm və yaradıcılıq
işləri üzrə prorektoru,
fəlsəfə elmləri doktoru, professor Gülnaz
Abdullazadə və BMA-nın elmi
tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə
İsmayılzadənin başçılığı ilə Azərbaycanın Şamaxı
bölgəsinə ekspedisiya həyata keçirilib.
Ekspedisiya heyətində BMA-nın kafedra
müdiri, filologiya
üzrə elmlər doktoru, professor Tərlan Quliyevlə yanaşı
laboratoriyanın elmi işçiləri –
Xalq artisti, dosent Zümrüd
Məmmədova, dosent Ariz
Abduləliyev, böyük elmi
işçi Rauf
Bəhmənli, Aynur
Çələbiyeva, bəstəkar, doktorant
İlahə İsrafilova və BMA-nın
magistrantı Fərhad
Ələkbərov yer alırdı.
Ekspedisiya iştirakçılarını rayon
İcra Hakimiyyəti
başçısının müavini – İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri
Gülnisə Ələkbərova və rayon
Mədəniyyət mərkəzinin direktoru
Rəfail Tağızadə qarşılayıb.
Mədəniyyət mərkəzində regionun
sənətkarları ilə görüş
keçirilib.
Görüşdə iştirak edən AMEA-nın Folklor
İnstitutunun əməkdaşı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu Şamaxıda musiqi
mədəniyyətinin inkişafı, Folklor
İnstitutunun bu mövzuda apardığı araşdırmalar
barədə danışıb, Şirvan
bölgəsinin tanınmış zurna, balaban ifaçısı Əli Kərimovun fəaliyyətindən söz
açaraq onun
ifalarından ibarət CD diski və
haqqında kitabı qonaqlara təqdim edib.
Aşıqlar Birliyinin
Şirvan bölgəsi üzrə katibi, aşıq Ağamurad
İsrafilov çıxışı
zamanı aşıq sənətinin həm nəzəri,
həm praktiki şəkildə bir çox
məqamlarını nümayiş etdirib, ekspedisiya
iştirakçılarının suallarını
cavablandırıb. A.İsrafilovun
yetirməsi Rza Məmmədovun ifasında
“Güllü qafiyə”,
“Şəmsiqəmər”, “Əli icadi”
pişrovları, “Koroğlu”
gözəlləməsi və s.
nümunələr görüntüyə alınıb.
Yaddaqalan məqamlardan biri də Şamaxıda
yaşayan göyçəli aşıq İxtiyar Qocayevin
çıxışı olub.
Səhnədə iki fərqli
bölgə aşağının ifası ekspedisiya
iştirakçılarında böyük
maraq doğurub.
Ekspedisiya iştirakçıları Rasim Ələsgərov (balaban),
Firudin Əkbərov (balaban),
Antik Seyidov (nağara), Bəhruz Dadaşov
(zurna, balaban),
Şöhrət Əliyev (nağara), Rauf Fətəliyev (qoşanağara)
kimi Şirvan
bölgəsinin aparıcı sənətkarları ilə
də yaxından tanış olublar,
onların adlarını, ifalarını laboratoriyanın tədqiqat külliyyatına əlavə ediblər.
Mədəniyyət.-
2019.- 19 iyul. S. 6.