“Artım”da
“Ekstatik rəqs”
“YARAT” Müasir
İncəsənət Məkanının “Artım” layihə
məkanında “Ekstatik rəqs” adlı
tədbir keçirilib. Tədbirin
təşkilində əsas məqsəd
yığılmış gərginliyi və stresi
aradan qaldırmaq və daxili
insan resurslarını ortaya
çıxarmaqdır.
Bu təcrübədən keçməkdə layihənin
müəllifi Səid İsmayılovun rəhbərlik etdiyi peşəkar təlimçilər
iştirakçılara köməklik göstərib.
Təcrübəni azad,
ani yaranmış rəqs kimi
də adlandırırlar. Hər yaşda
və hər hansı bir rəqs bacarığı
olan iştirakçı
təcrübədən keçə bilib.
Təcrübə, hər şeyin dalğa və ritmik bir şəkildə hərəkət edən
enerjilərdən ibarət olduğunu vurğulayan fəlsəfi məqamlara
əsaslanır. Məqsəd, zehni
sülhə gətirməkdir və beləliklə,
bədən ruhun istəyinə uyğun hərəkət etməyə
çalışır.
Bədən hərəkətinə və
nəfəs almaq prosesinə diqqət
yetirən insan tez zamanda mediativ duruma çatır və onun
bütövlüyünü, dünya ilə əlaqəsini hiss
edə bilir. “Rəqs etməyin, rəqsin özü olun” – bu praktikanın əsas ideyası budur.
Mədəniyyət.-
2019.- 19 iyul. S. 8.