Los-Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin dünya premyerası

 

Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar Firəngiz Əlizadənin “Harmoniya” adlı yeni əsərinin dünya premyerası ABŞ-ın Los-Anceles şəhərində – dünyanın ən gözəl və əzəmətli musiqi mərkəzlərindən “Walt Disney Concert Hallda keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Baş konsulluğun dəstəyi ilə gerçəkləşən konsertdə əsər məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında “iPalpitiKamera orkestri tərəfindən ifa olunub. Əsərin piano partiyasını isə müəllif özü ifa edib.

İyirmi iki ölkəni təmsil edən və bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş gənc musiqiçilərdən ibarət “iPalpitiorkestrinin tərkibinə azərbaycanlı skripka ustası Azər Dəmirov da daxildir.

Konserti 2 mindən çox musiqisevər, o cümlədən tanınmış incəsənət xadimləri, müxtəlif icmaların nümayəndələri və jurnalistlər izləyib. Konsert ərəfəsində yerli mətbu orqanlarda, o cümlədən “Los-Angeles Times” qəzetində F.Əlizadənin əsərinin premyerası haqqında yazılar dərc olunub.

Tədbirdən öncə qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və musiqi irsi, multikulturalizm və tolerantlıq ənənələri, eləcə də bəstəkar F.Əlizadə haqqında məlumatları əks etdirən broşürlər paylanılıb. Broşürdə Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğu, müsəlman dünyasında ilk opera, operettabaletin vətəninin də Azərbaycan olduğu qeyd olunub. Həmçinin F.Əlizadənin yaradıcılığı, onun əsərlərinin dünyaca məşhur “Kronos Quarteti”, Yo-Yo Ma, “Berlin Philharmonic”, “Concertgebouw Orchestra”, Hilary Hahn və digər musiqiçi və kollektivlər tərəfindən ifa edildiyi qeyd olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə təbrik mesajında F.Əlizadənin bəstəsi olanilk dəfə səsləndirilən “Harmoniya” əsəri haqqında məlumat verərək, əsərin Şərqlə Qərbin, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyaların qovuşduğumehriban birgə yaşadığı Azərbaycanı özündə əks etdirdiyini vurğulayıb.

Tamaşaçıların zövqünü oxşayan əsər sürəkli alqışlarla qarşılanıb. Azərbaycan musiqisi bir daha amerikalı musiqisevərlərin qəlbini fəth edib.

Qeyd edək ki, Kaliforniyaya səfəri müddətində F.Əlizadə həmçinin Beverli Hills şəhər meriyasının binasında iyulun 18-də gənc amerikalı bəstəkarlara ustad dərsi verib.

 

 

Mədəniyyət.- 2019.- 24 iyul. S. 1;4.