Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd olunacaq

 

Pre­zi­dent İl­ham Əli­yev iyu­lun 19-da gör­kəm­li dil­çi alim, tür­ko­loq, aka­de­mik, Döv­lət mü­ka­fa­tı laureatı, Əmək­dar elm xa­di­mi Məm­mə­da­ğa Şi­rə­li oğ­lu Şi­rə­li­ye­vin 110 il­li­yi­nin qeyd edil­mə­si haq­qın­da sə­rən­cam im­za­la­yıb.

Sə­rən­cam­da qeyd olu­nur ki, aka­de­mik Məm­mə­da­ğa Şi­rə­li­yev mü­hüm el­mi əhə­miy­yə­tə ma­lik san­bal­lı təd­qi­qat­la­rı ilə Azər­bay­can dil­çi­li­yi­ni zən­gin­ləş­di­rib, onun bir çox is­ti­qa­mət­lə­ri­nin müəy­yən­ləş­mə­si və for­ma­laş­ma­sın­da təq­di­rə­la­yiq xid­mət­lər gös­tə­rib. Ali­min dil­çi­li­yin ak­tual prob­lem­lə­ri­nin öy­rə­nil­mə­sin­də, xü­su­sən Azər­bay­can dialek­to­lo­gi­ya­sı­nın əsas­la­rı­nın ya­ra­dıl­ma­sın­da və tür­ko­lo­ji dil­çi­lik sa­hə­sin­də ar­dı­cıl nailiy­yət­lər qa­za­nıl­ma­sın­da müs­təs­na ro­lu var. Azər­bay­can di­li­nin ilk dialek­to­lo­ji at­la­sı və lü­ğət­lə­ri­nin tər­ti­bi onun adı ilə bağ­lı­dır. SS­Rİ Elm­lər Aka­de­mi­ya­sı­nın Ba­kı­da iyir­mi ilə ya­xın dövr ər­zin­də Məm­mə­da­ğa Şi­rə­li­ye­vin rəh­bər­li­yi al­tın­da işıq üzü gö­rən “So­vet tür­ko­lo­gi­ya­sı” jur­na­lı bu səp­ki­də ye­ga­nə nü­fuz­lu nəşr olub, bey­nəl­xalq elm mə­ka­nın­da dün­ya tür­ko­loq­la­rı­nın mö­tə­bər tri­bu­na­sı­na çev­ri­lib. Alim uzun il­lər ali təh­sil ocaq­la­rın­da dil­çi­lik kur­su üz­rə mü­ha­zi­rə­lər oxu­yub, yük­sə­kix­ti­sas­lı dil­çi kadr­la­rın ha­zır­lan­ma­sı işi­nə bö­yük əmək sərf edib.

Sə­rən­cam­da Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­na Təh­sil Na­zir­li­yi ilə bir­lik­də aka­de­mik Məm­mə­da­ğa Şi­rə­li­ye­vin 110 il­li­yi­nə dair təd­bir­lər pla­nı­nı ha­zır­la­yıb hə­ya­ta ke­çir­mək tap­şı­rı­lıb.

 

 

Mədəniyyət.- 2019.- 24 iyul. S. 1;2.