Ölkəmiz “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib
Mədəniyyət Nazirliyi tərəfindən respublikamızın
ərazisində yeni mədəni marşrutların
yaradılması, mövcud
olanların inkişafı,
Avropa Şurası mədəni marşrutlar şəbəkəsinə qoşulması,
habelə həmin təşkilatla daha sıx əlaqələrin
formalaşdırılması və ölkəmizin layiqincə təmsil olunması ilə bağlı işlər davam etdirilir.
2018-ci ilin 26-28 sentyabr
tarixində Almaniyanın
Görlitz şəhərində
keçirilmiş Avropa
Şurası mədəni
marşrutların illik
məşvərət forumunda
“Zeytun ağacları”
beynəlxalq mədəni
marşrutunda Azərbaycanın
iştirakı, marşrut
boyunca ölkəmizin
mədəniyyəti və
incəsənətinin, o cümlədən
mədəni irsinin üzv ölkələrdə
tanıdılması, xarici
qonaqların cəlb olunması məqsədilə
təqdimat və “Zeytun ağacları” marşrutunun ekspertləri
ilə görüş
keçirilmişdi. Görüşdə Avropa Şurasının mədəni marşrutunun
ekspertlərinin Azərbaycana
səfər etməsi
qərara alınmışdı.
Həmin qərara əsasən,
2019-cu ilin 20-24 may tarixində
ekspert qrupu ölkəmizdə səfərdə
olub. Səfərin əsas məqsədi
Azərbaycanın zeytunçuluq
sahəsində mövcud
təcrübəsinin və
“Zeytun ağacları”
mədəni marşrutuna
qoşulmasının mümkünlüyünün
araşdırılması idi.
Səfər çərçivəsində
ekspertlər Azərbaycan
Respublikasının Mədəniyyət
naziri Əbülfəs
Qarayevlə, eyni zamanda zeytunçuluq sahəsində ixtisaslaşmış
bir sıra şirkətlərin rəhbərlikləri
ilə görüşüb,
həmçinin həmin
şirkətlərin zeytun
bağları, zeytun emalı zavodları ilə tanış
olublar.
Ekspert qrupunun səfərindən sonra hazırlanmış hesabat
Avropa Şurasına təqdim olunub və Azərbaycanın bu mədəni marşruta qoşulması
yekdilliklə qəbul
edilib.
Qeyd edək ki, qarşılıqlı
əməkdaşlıq nəticəsində
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
və Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq
mədəni marşrutu
arasında razılaşma
sənədi imzalanıb.
Aparılan işlərin məntiqi
nəticəsi olaraq Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq
mədəni marşrutuna
daxil edilib.
Mədəniyyət.- 2019.- 24 iyul. S. 1;3.