Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən klassik və müasir dövr müəlliflərimizin əsərləri çap edilərək yayılır. İndiyədək 27 azərbaycanlı müəllifin 38 adda kitabının tərcüməsi və çapı başa çatdırılaraq türkiyəli oxuculara təqdim edilib.
Layihənin davamı olaraq Azərbaycanın dahi şairi Nizami Gəncəvi irsinin Türkiyədə tanıdılması və təbliği işi aparılır. Nizaminin “Sirlər xəzinəsi” poemasının ardınca “Xosrov və Şirin” poeması yüksək poliqrafik səviyyədə türk dilində nəşr olunub.
İlin sonunadək “Xəmsə”yə daxil olan digər 3 kitabın da nəşrinin tamamlanması və Türkiyədəki təhsil müəssisələrinə, kitabxanalara, dərnəklərə və digər aidiyyəti qurumlara təqdim edilməsi nəzərdə tutulub.
Mədəniyyət.- 2019.- 24 iyul. S. 1-2.