Sumqayıtda mədəniyyət
işçiləri ilə ağsaqqalların görüşü
Sumqayıt Dövlət Dram Teatrının konfrans
zalında Sumqayıt Regional
Mədəniyyət İdarəsinin
təşkilatçılığı ilə
mədəniyyət işçilərinin şəhər Ağsaqqallar Şurasının üzvləri
ilə görüşü keçirilib.
Tədbiri giriş sözü
ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin
rəisi Mehman Şükürov
son illər şəhərdə
aparılan abadlıq və quruculuq
işlərindən, inşa edilən
mədəniyyət müəssisələrindən
danışaraq bildirib ki,
mədəniyyət işçilərinə
diqqət və qayğı bizi daha da böyük
nailiyyətlər əldə etməyə ruhlandırır.
Sonra şəhər
Ağsaqqallar Şurasının sədri
Müzəffər Gülümov, şair Əşrəf Şəfiyev,
Ə.Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, S.Vurğun
adına Sumqayıt MKS-nin direktoru
Yeganə Əhmədova və digərləri
çıxış ediblər.
Şəhər İcra Hakimiyyəti
başçısının birinci müavini Teymur
Səmədov çıxış edərək
Sumqayıtın 70 ildə keçdiyi tarixi yola nəzər
salıb, son illərdə
görülən işlərdən danışıb, yeni bulvarın salınmasından
danışıb. O, həmçinin şəhərdə Muğam
mərkəzi və kinoteatrın inşası barədə
danışaraq sakinlərin mədəni istirahətlərini
təmin etmək üçün bütün lazımi şərait
yaradılacağını deyib.
Mədəniyyət.- 2019.- 24 iyul. S. 4.