“Gənc qırğız şeiri antologiyası”nın təqdimatı

 

İyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-qırğız ədəbi əlaqələri dünən, bu günsabahmövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Gənc qırğız şeiri antologiyası” təqdim edilib.

Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri təmsilçisi Əkbər Qoşalı bildirib ki, antologiyada müstəqillik dövrü qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb.

Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qeyd edib ki, hər bir türkdilli xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir: “Biz eyni ruhun daşıyıcılarıyıq, eyni kökdən gələn xalqlarıq”.

Qırğız Milli Yazıçılar Birliyinin başçısı Nurlan Kalıbekov bildirib ki, yaşadığımız qloballaşma dövründə bir-birimizlə dost olmağımız çox vacibdir.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

 

 

Mədəniyyət.- 2019.- 24 iyul. S. 6.