“Grand
Tourisme” Şəki Xan sarayından yazır
Alman dilində nəşr olunan “Grand Tourisme” jurnalının
internet saytında Azərbaycanın
Şəki şəhərinin
tarixi mərkəzinin
Xan sarayı ilə birlikdə UNESCO-nun
Dünya irs
siyahısına daxil edilməsi haqqında məqalə dərc olunub.
Məqalədə Şəki şəhərinin
paytaxt Bakıdan avtomobillə 5 saatlıq məsafədə yerləşdiyi,
şəhərin tarixi
mərkəzinin 2001-ci ildən
UNESCO-nun xüsusi qorunmaya
ehtiyacı olan mədəni irsin ilkin siyahısında yer aldığı diqqətə çatdırılır.
Məqalədə Azərbaycan
Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin Şəkinin
Dünya irs
siyahısına salınması
ilə əlaqədar
fikirlərinə yer verilib. O, Şəkinin öz küçələri
və arxitekturası ilə müasir Bakı şəhəri ilə kontrast təşkil etdiyini, Xan sarayının Azərbaycanın ən qiymətli tarixi tikililərindən biri olduğunu və buradakı sənətkarların
əl işlərinin
bütün dünyadan
gələn turistləri
heyran qoyduğunu bildirir. Qafqaz dağlarının ətəyində yerləşən
şəhərdə Xan
sarayı və Şəki xanının yay iqamətgahının yerləşdiyi qeyd olunur. Şəki Xan sarayının
1762-ci ildə Hüseyn
xan tərəfindən
inşa etdirildiyi bildirilir. Şəhərin Böyük İpək
Yolunun üzərindəki
ticarət yolları şəbəkəsində xüsusi
əhəmiyyət daşıyan
yer olduğu vurğulanır. Azərbaycan
sənətkarlarının məşhur şəbəkə
sənəti nümunələrinə
bütün şəhərdə
rast gəlindiyi və xüsusilə Xan sarayında diqqəti cəlb etdiyi, sarayın rəngli şüşələrdən
bəzədilmiş və
ağacla haşiyələnmiş
mozaikaların mismar və yapışdırıcı
olmadan hazırlandığı
nəzərə çatdırılır.
Məqalənin sonunda UNESCO-nun bəşəriyyət
üçün əvəzolunmaz
əhəmiyyətə malik
olan mədəni və təbiət abidələrinin müəyyən
olunmasına, mühafizəsinə
və qorunub saxlanılmasına çalışdığı
vurğulanır. 2000-ci ildə Bakının İçərişəhəri
və buradakı Qız qalası ilə Şirvanşahlar
sarayının, 2007-ci ildə isə Qobustan
Milli Tarix-Bədii Qoruğundakı qayaüstü rəsmlərin Dünya
irs siyahısına daxil
edildiyi qeyd olunur.
Mədəniyyət.- 2019.- 24 iyul.
S. 8.