Mədəniyyət Nazirliyində Qırğızıstan nümayəndə
heyəti ilə görüş
Nurlan Kalıbekov: “Eyni kökdən olan xalqlar qloballaşma
dövründə bir-birini
daha çox dəstəkləməlidir”
Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 24-də Qırğızıstan Milli
Yazıçılar Birliyinin
sədri Nurlan Kalıbekovun başçılıq
etdiyi nümayəndə
heyətini qəbul edib.
Qonaqları salamlayan nazir Azərbaycanla Qırğızıstan
arasındakı mədəni
əlaqələrdən söz
açıb. Ölkəmizdə mədəniyyətə və
ədəbiyyata dövlət
tərəfindən göstərilən
diqqət və qayğıdan danışan
Əbülfəs Qarayev
bu dəstəyin yaradıcı insanlara böyük stimul verdiyini qeyd edib. Bildirib ki, dövlətin
dəstəyi ilə Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrinin
əsərləri ölkəmizdə
və xaricdə nəşr olunaraq təbliğ edilir.
Nazir vurğulayıb ki, Azərbaycanda təşkil
edilən beynəlxalq
kitab sərgiləri, xarici yazıçıların
əsərlərinin tərcüməsi,
eləcə də
TÜRKSOY-la birgə bu
istiqamətdə həyata
keçirilən layihələr
türkdilli xalqların
ümumi ədəbi inkişafına töhfələr
verir.
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov öz növbəsində
səmimi qəbula görə təşəkkür
edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə
mədəniyyətimizlə yaxından tanış
olmaq imkanı qazanıblar. Xalqımızın milli mədəni
irsinə bağlılığı
onları heyran edib.
Qonaq təmsil etdiyi qurumla Azərbaycan Yazıçılar Birliyi
arasında əlaqələrin
inkişafından danışaraq
deyib ki, yaxın günlərdə
iki yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə tutulub. Dillərimizin və mədəniyyətlərimizin
yaxınlığından danışan
Nurlan Kalıbekov ölkəmizə səfərinin
məhsuldar keçdiyini
diqqətə çatdırıb.
Bildirib ki, səfər zamanı Bakıda “Azərbaycan-qırğız
ədəbi əlaqələri
dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib və tədbirdə “Gənc qırğız şeiri antologiyası”nın təqdimatı
keçirilib.
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri vurğulayıb ki, eyni kökdən olan xalqlar daha
sıx əməkdaşlıq
etməli, qloballaşma
dövründə bir-birini
daha çox dəstəkləməlidirlər.
Görüşdə Qırğız-Türk Manas
Universitetinin (Bişkek)
əməkdaşı, Dünya
Gənc Türk Yazarlar Birliyinin qırğız təmsilçisi
Altınbek İsmail,
“Manas” radiosu mədəniyyət proqramının
redaktoru, şair Jıldızbek Tursunbayev, şair-tərcüməçilər Nuriza Ömürbayeva, Narsulu Qurqubayeva, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev, Bakıda Atatürk Mərkəzinin şöbə
müdiri, şair-publisist
Əkbər Qoşalı,
nazirliyin əməkdaşları
iştirak ediblər.
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 1;3.