Qəbələ
festivalında 11 ölkənin musiqiçiləri bir araya gələcək
Xəbər verdiyimiz kimi, iyulun 31-dən
avqustun 5-dək Qəbələ şəhərində
növbəti musiqi festivalı keçiriləcək. 2009-cu
ildə əsası qoyulan Qəbələ festivalı ötən
müddətdə dünya musiqi xəritəsində
özünə layiqli yer qazanıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi
ilə reallaşacaq XI Qəbələ Beynəlxalq Musiqi Festivalı
11 ölkədən musiqiçiləri bir araya gətirəcək.
Festivala Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya,
İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və
Türkiyədən dirijorlar Fəxrəddin
Kərimov, Dmitri Yablonski, Alvise Kasellati, ifaçılar Oksana
Yablonskaya, Janna Qandelman, Eduard Vulfson, Anna Koşkina, Janna
Miniotas, Boris Andrianov, Sim Helen, İrina Starodub, Mariya Buynosova,
Umid İsrailov, Modestas Sedlevicius, Ningvu Du, Doğu Kaptaner,
Fırat Semerçioğlu və digərləri qatılacaq.
Festivalın təntənəli açılış
mərasimi avqustun 1-də Qəbələ şəhərindəki
Heydər Əliyev Konqres Mərkəzində olacaq.
Festival çərçivəsində keçirilən
konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının Tələbə Simfonik
Orkestri, “Kiyev virtuozları” simfonik orkestri, “Clarte” klarnet
kvarteti, “Trio Mirakulum” (Türkiyə) çıxış edəcək.
Həmçinin Azərbaycandan xalq artistləri Murad
Adıgözəlzadə, Yeganə Axundova, Ülviyyə
Hacıbəyova, əməkdar artistlər Nərgiz Kərimova,
Rəna Rəhimova, beynəlxalq müsabiqələr
laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul
Hüseynli, Nicat Salmanov, Taleh Yahyayev, Mahir Tağızadə, Fəqan
Həsənli, Natavan Həsənova, Nərmin Nəcəfli və
digər ifaçılar tamaşaçıların
zövqünü oxşayacaq.
Festivalda dünya şöhrətli
pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr
olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert
keçiriləcək.
Hər il olduğu kimi, bu il də
festival çərçivəsində “Muğam
axşamı” təşkil olunacaq. Muğamsevərlər
“Naz-nazı” muğam qrupunun çıxışından
zövq alacaq.
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 1-2.