Aprel
şəhidinin xatirəsi anılıb
İyulun 25-də Həzi
Aslanov adına Ordu İdeoloji və Mədəniyyət
Mərkəzində Aprel şəhidi polkovnik-leytenant Sənan
Axundovun xatirəsi anılıb.
Tədbirdə hərbçi, şair, publisist Zəminə
Xınalının şəhidin xatirəsinə həsr edilən
“Təki vətən yaşasın” adlı mənzum pyesi və
“Müqəddəs şəhid” miniatür kitabının təqdimatı
olub.
Mərkəzin rəisi vəzifəsini
icra edən mayor İlkin Qayıbov çıxış edərək
Sənan Axundovun ömür yolundan danışıb.
Bildirib ki, Sənan Axundov 1979-cu il
sentyabrın 29-da Füzuli rayonunda anadan olub. Bakı Ali Hərbi
Məktəbini, Almaniyada Hərbi Akademiyanı bitirib. Müdafiə Nazirliyi sistemində sektor müdiri vəzifəsinədək
yüksəlib. Aprel hadisələrində
böyük ruh yüksəkliyi ilə doğulub boya-başa
çatdığı Füzuli bölgəsinə gedib və
Lələtəpədə vəzifə səlahiyyətlərinin
icrası zamanı zabit yoldaşlarını ölümün
pəncəsindən xilas edərkən qəhrəmancasına
həlak olub.
Müdafiə Nazirliyi sistemində işlədiyi
müddətdə şəhid Sənan Axundov orden, medal və
fəxri fərmanlara layiq görülüb.
Tədbirdə şəhidlərimizə həsr
olunmuş bədii əsərlərdən söz
açılıb. Yazıçılar
Birliyinin üzvü Zəminə Xınalının da bu qəbildən
əsərləri yüksək dəyərləndirilib.
Sonra tədbir bədii hissə ilə davam
edib.
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 2.