“Milli
mətbuat – milli düşüncə”
İyulun 24-də Bakıda Mənəvi Dəyərlərin
Təbliği Fondunun təşkilatçılığı
ilə Milli Mətbuat Gününə həsr olunmuş “Milli
mətbuat – milli düşüncə” mövzusunda konfrans
keçirilib.
Fondun icraçı direktorunun müavini Rəfi
Qurbanov media nümayəndələrini peşə bayramı
münasibətilə təbrik edərək bildirib ki, milli-mənəvi
dəyərlərimizin qorunması, təbliği və gələcək
nəsillərə çatdırılmasında mətbuatımızın
rolu danılmazdır. “Əkinçi” qəzetindən
başlayan söz və ifadə azadlığı bizə
“Füyuzat”la dəyərlərimizə hörməti, “Molla Nəsrəddin”lə
sağlam tənqidi öyrətdi. Bu mənada
milli mətbuatın yaranması milli kimliyimizin
formalaşmasında xüsusi rola malikdir.
Tədbirdə Milli Məclisin deputatı, “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə və başqa
çıxış edənlər Azərbaycanda müstəqil
mətbuatın inkişafından bəhs ediblər.
Sonda Mənəvi Dəyərlərin Təbliği
Fondu tərəfindən elan olunmuş “Milli mətbuat – milli
düşüncə” mövzusunda məqalə müsabiqəsinin
qalibləri mükafatlandırılıb.
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 3.