ƏSA
teatrı Lənkəranda tamaşa göstərib
Azərbaycanın əlilliyi olan və
olmayan aktyorlardan ibarət inklüziv ƏSA teatrı Lənkəranda
qastrol səfərində olub.
Kollektivin N.Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrının səhnəsində göstərdiyi
“Adamlar və siçanlar” tamaşası anşlaqla keçib.
Teatr mövsümü qastrol səfəri ilə
yekunlaşdırıb.
Amerika yazıçısı Con Steynbekin əsərinin
motivləri əsasında hazırlanan tamaşa insanlara mərhəmət,
alicənab hisslər aşılamaqla yanaşı,
tamaşaçıları böyük insanlığa, mənəvi
dəyərlərə səsləyir. Tamaşanın
quruluşçu rejissoru Nihad Qulamzadədir.
ƏSA teatrı gələcəkdə digər
bölgələrə də səfər etməyi
planlaşdırır.
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 3.