Muzey fonduna yeni arxeoloji materiallar daxil edilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni arxeoloji materiallar daxil edilib.

Muzeydən bildiriblər ki, materiallar Şəmkirdən tapılmış saxsı qablar Əhəməni sarayından tapılmış Pasarqad tipli sütun altlığıdır.

AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, ekspedisiya rəhbəri Emil İsgəndərov tərəfindən muzeyə verilən materiallar e.ə. VI-IV əsrlərə aiddir onlar arxeologiya tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 6.