Başqırd xalqının ünlü şairi

 

Başqırdların məşhur el qəhrəmanı şairi Salavat Yulayevdən başlayaraq çarizmin müstəmləkə siyasəti ilə barışmayan başqırd xalqının söz ustadları kəndbəkənd, şəhərbəşəhər gəzərək qəhrəmanlıq dastanları söyləyib, millətin dərd-kədərini dilə gətiriblər, soydaşlarını milli oyanışa səsləyiblər. Onların könüllərə səpdiyi toxumlar çox keçmir cücərir. Başqırdlar içərisindən mübariz qələm sahibləri yetişir. Onlardan biri ünlü şair Məcid Qafuri olub.

Məcid Nurqəni oğlu Qafuri 1880-ci il avqust ayının 1-də Başqırdıstanın Yelem-Karan kəndində ziyalı ailədə dünyaya göz açır. İlk olaraq atasının açdığı molla məktəbində dərsə gedir. Ərəb-fars dillərini öyrənir. Həmçinin xalq yaradıcılığı ilə tanış olur. Sonra Üteş kəndindəki məktəbdə təhsilini davam etdirir. Ancaq tale gənc Məcidin üzünə gülmür. Əvvəl atası, az sonra isə anası dünyasını dəyişir. Bu itkilərdən sarsılsa da, təhsilindən ayrılmır. 1898-ci ildə Orenburq vilayətinin Troitsk şəhərində fəaliyyət göstərən dünyəvi elmlərin tədris olunduğu Zeynulla İşanın mədrəsəsində təhsilini davam etdirməyə başlayır.

Folklorşünas, publisist Əli Şamil Məcid Qafuri ilə bağlı araşdırmasında yazır ki, o, mədrəsədə oxuya-oxuya Troitskdə zəngin tatar başqırd ailələrinin, eləcə yay tətilləri günlərində köçəri qazaxların uşaqlarına dərs deyir. Həm bədii yaradıcılıqla məşğul olur. İlk qələm təcrübəsi olanİşanın şagirdlərinəadlı şeirini 1902-ci ildə burada yazır.

Qəribliyin ehtiyacın doğurduğu ağrı-acılar Məcidin yaradıcılığına təsirsiz ötüşmür. Dilənçiliklə keçən ömüradlı ilk hekayəsini yazır. 1904-cü ildə Kazana gəlir, tatar alimi maarifçisi Qəyyum Nəsirovla, başqırd yazıçısı Məhəmməd Səlim Umudbayev Abdulla Tukayla tanış olur. Lakin o, burada da çox qala bilmir. 1906-cı ildə Ufaya gedir. Qaliyyəmədrəsəsində təhsilini davam etdirir. BuradaSibir dəmir yolu ya millətin vəziyyəti”, “Dilənçiliklə keçən ömüradlı kitablarını çap etdirir.

1905-1907-ci illərdə Rusiyadakı inqilabi hadisələr Məcid Qafuriyə da təsir edir. O, hökumətin yeritdiyi siyasəti kəskin tənqid edir. Şeir hekayələrində üsyançı fikirlər irəli sürür. Hökumət tətilləri yatırdıqdan sonra inqilab əhval-ruhiyyəsi təbliğ edənləri cəzalandırmağa başlayır. Məcid məhkəməyə cəlb olunur. Gənc ömrüm”, “Millətə sevgimşeir kitabları, “Yetim uşaqlaradlı hekayə kitabı müsadirə edilir. O, vəziyyətin ciddiləşdiyini, onu həbs edəcəklərini gördükdə tatar şairi Mirayaz Uqmasi ilə birlikdə polis nəzarətindən yayınaraq qazax çöllərinə yollanır. Bir müddət köçəri heyvandarlar arasında gizlənirlər.

Ara sakitləşdikdən sonra Məcid Qafuri yenidən Ufaya dönür təhsilini davam etdirir. Bu zaman artıq o, xalq arasında tanınır, şeir hekayələri oxucular  tərəfindən rəğbətlə qarşılanırdı. Şair bu dövrdə öz şeirləriniqəlbinin qanıylayazır:

 

Mən yazıram şeirləri

Ürək-bağrım qanı ilə!

Savaşıram çoxdan bəri

Xalqımın düşmanı ilə!

 

Şair millətini azad xoşbəxt görmək istəyir. İstəyir ki, hamı onun kimi üsyankar, əsaslı dəyişikliklər inqilab yolunu tutsun. 1917-ci ilin oktyabrında baş verən silahlı çevrilişi böyük ruh yüksəkliyi ilə qarşılayır. Sosializm quruculuğuna həsr etdiyi şeirləri ilə sovetlərin coşqun tərənnümçüsünə çevrilir. Onun çox böyük pafosla yazdığıQəlbimə”, “Müstəqillik günləri”, “Müstəqillik şərəfinəkimi şeirləri sovet rəhbərlərinin diqqətini çəkir. Məhz buna görə 1923-cü ildə Məcid Qafurinin ədəbiyyata gəlişinin 20-ci ildönümü münasibətilə təntənəli yubiley tədbiri keçirilir. Ona Başqırdıstanın Xalq şairi adı verilir.

1924-cü ildə o, tatarca nəşr olunanYeni kəndqəzetində işə düzəlir. Böyük ruh yüksəkliyi ilə yazıb-yaradır. Qızıl ulduzdramını qələmə alır. İşçipoemasının əsasında tamaşa hazırlanır. Əsər Kazanda Tatar Akademik Teatrında səhnəyə qoyulur. Məcid Qafuri bir çox başqırd xalq qəhrəmanlıq dastanlarını, nağılları digər folklor nümunələrini toplayır. Qara üzlər”, “Həyat pillələriadlı povestlərinin mövzusu ədibin vaxtilə gözləri qarşısında baş vermiş həyat hadisələridir.

Qara üzləronun uşaq yaşlarında şahid olduğu faciəvi bir eşqdən bəhs edir. Bir-birlərini sevən Həlimə Zakirin qarşısına çıxan maneələr sonda onların ölümlərinə səbəb olub. Əsər əsasında daha sonra tamaşa hazırlanır. Uzun müddət tatar başqırd teatrlarında uğurla oynanılır. Həyat pillələriadlı povesti isə Vahid adlı kəndli gəncin həyatından bəhs edir.

Başqırd xalqının gələcəyindən nigaran olan şairin vətənpərvər qəlbi 1934-cü il oktyabrın 28-də dayanır. Ömrünün son illərini yaşadığı mənzili muzeyə çevrilir. Başqırdıstanda elm mədəniyyət mərkəzinə, o cümlədən Rusiya Elmlər Akademiyası Ufa filialının Dil, Ədəbiyyat Tarix İnstitutuna, doğulub böyüdüyü rayona ədibin adı verilir. Bu gün Məcid Qafuri başqırd ortaq türk ədəbiyyatının ünlü nümayəndəsi böyük ozan-şairi kimi tanınır.

 

Savalan FƏRƏCOV

Mədəniyyət.- 2019.- 26 iyul. S. 6.