Nemətullah Naxçıvaninin əsərinin iki nüsxəsi əldə edilib

 

Türk-İslam dünyasının elmi ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah NaxçıvanininŞərhi-”Gülşəni-razəsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA-nın Naxçıvan Bölməsinə təqdim edilib.

Türkiyənin İstanbul Universitetinin kitabxanasında saxlanılan nüsxələri Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu əldə edib.

Ehtimal olunur ki, 1500-cü ildə yazılan nüsxə avtoqrafdır. Digər nüsxənin isə üzü 1509-cu ildə, yəni müəllifin sağlığında Qaramanda katib Mənsur ibn-Qənbər Həmədani tərəfindən köçürülüb.

Nüsxələr Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına daxil edilib.  Böyük filosof Şeyx Mahmud Şəbüstərinin məşhurGülşəni-razəsərinə yazılan təfsir gələcəkdə fond əməkdaşları tərəfindən araşdırılacaq.

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 6.