Komparativistikanın işığında
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Aida Feyzullayevanın “Komparativistikanın
işığında” kitabı
(komparativistika – müqayisəli
ədəbiyyatşünaslıq – red.) “Elm və təhsil”
nəşriyyatında rus
dilində çapdan çıxıb.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya
üzrə elmlər doktoru Sara Osmanlı və filologiya üzrə fəlsəfə
doktoru Cavidə Məmmədovadır.
Kitabda Əməkdar
elm xadimi, filologiya üzrə elmlər doktoru Məmməd Qocayevin elmi fəaliyyəti, həmçinin
klassik rus ədəbiyyatı ilə
bağlı tədqiqatları
əks olunub. Müəllif Fyodor Dostoyevski və Lev Tolstoyun həyat və yaradıcılığını
araşdırarkən yeni
mənbələrdən istifadə
edib.
Əsərdə həmçinin rus dekadent şairlərinin əsərləri, Şərqin
şair-simvolistlər K.Balmont
və V.Xlebnikovun həyat və yaradıcılığına təsiri
tədqiq olunub.
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 7.