Rəqslərimiz isveçrəli məktəblilərə öyrədilir
İsveçrədə yaşayan soydaşlarımız
bu ölkənin ictimai və mədəni həyatına
inteqrasiya səciyyəli
tədbir və layihələrdə fəal
iştirak etməyə
çalışırlar. Bu layihələrdən biri də miqrantların mədəniyyətinin təbliğ
olunması ilə bağlıdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən
verilən məlumata görə, artıq üç ildir ki, Aargau bölgəsinin Miqrasiya və İnteqrasiya Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə
məktəblərdə təqdim
olunur. Layihənin rəhbəri İsveçrədəki
Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri
Qasım Nəsirovdur.
Q.Nəsirov bildirib ki, əsas məqsəd məktəbliləri ölkədəki
miqrantların mədəniyyətləri
ilə tanış
etmək, onlara inteqrasiya barədə məlumat verməkdir. Layihə çərçivəsində məktəblilərə Azərbaycan
rəqsləri də öyrədilir. Bunun üçün
“Qarabağ” Azərbaycan
məktəbinin müəllimi
Gülnarə Axundova layihədə iştirak etməyə dəvət edilib. O, isveçrəli
uşaqlara milli rəqslərimizi öyrədir.
Qeyd edək
ki, bu yaxınlarda
Aargauda 16 yaşlı
məktəblilərin iştirakı
ilə təqdim olunan Azərbaycan rəqsləri böyük
maraqla qarşılanıb.
Mədəniyyət.- 2019.- 26 iyul.
S. 8.