“Yaşasın opera”
demək fürsəti
İyunun 2-də Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrı operasevərlərə
çox maraqlı konsert
proqramı təqdim edib. “Viva opera” adlı
konsertdə teatrın
orta və gənc nəsil opera solistləri iştirak edib.
Teatrın simfonik orkestrinin müşayiəti və baş dirijor, Əməkdar artist Əyyub
Quliyevin idarəçiliyi
ilə gerçəkləşən
konsertin proqramına əsasən hazırda repertuarda olmayan əsərlərdən ariyalar
daxil edilib. Proqramda
V.A.Motsart, K.V.Qlyuk, V.Bellini, K.Sen-Sans, Ş.Quno, F.Çilea, J.Offenbax, F.Leqarın operalarından nömrələr
səslənəcək. Avropa bəstəkarları
ilə yanaşı, Ü.Hacıbəyli və
Q.Qarayevin operalarından
ariyalar da oxunub.
Gecədə xalq
artistləri Qənirə Kərimova, Fidan
Hacıyeva, Əli Əsgərov və Samir
Cəfərov, əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə
Vahabzadə, İlahə Əfəndiyeva, Afaq
Abbasova, Fərid Əliyev, Cahangir
Qurbanov, İlham Nəzərov
və Tural Ağasıyev, solistlər Taleh Yəhyayev və Nina
Makarova çıxış ediblər.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.2.