Uşaq incəsənət məktəbinin
hesabat konserti
Lerik rayon Mədəniyyət Mərkəzində E.Rufullayev adına Uşaq incəsənət məktəbi 2018-2019-cu tədris ilinin hesabat konsertini təqdim edib. Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, rayon mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri iştirak edib.
Uşaq incəsənət məktəbinin tar, qarmon, nağara, kamança, fortepiano, xanəndəlik, xor və rəqs ixtisasları üzrə təhsil alan şagirdlərin ifasında Azərbaycan, rus və digər xarici ölkə bəstəkarlarının bir-birindən maraqlı əsərləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Lənkəran Regional Mədəniyyət
İdarəsinin rəisi Vüsal Nəsirli
çıxış edərək məktəbin
uğurlarının davamlı olmasını arzulayıb. Məktəbin
bir qrup müəllim
və şagirdi diplom
və fəxri fərmanlarla təltif edilib.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.4.