“Nəsimi
romans” respublika müsabiqəsi başa çatıb
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasında (BMA) bəstəkarlar
arasında elan olunan “Nəsimi romans” adlı respublika müsabiqə-festivalına
yekun vurulub.
Münsiflər heyəti BMA-nın tələbə və məzunlarının Nəsiminin
sözlərinə yazılmış
romanslarını dinləyərək
qalibləri müəyyənləşdirib.
Vüsal Namazlının “Ancaq” romansı birinci, Elvin Quliyevin “Neylərəm” romansı ikinci, Aysel Əzizovanın “Dünya duracaq yer deyil” romansı
üçüncü yerə
layiq görülüb. Həmçinin
Vəfa Bağırzadə,
Sevinc Balabəyova və Vüqar Məmmədzadənin romansları
da fərqləndirilib.
Qaliblər təşkilat komitəsi tərəfindən mükafatlandırılıblar. Romansları yüksək
səviyyədə ifa
etdiyinə görə
Fuad Əlizadə və Rza Xosrovzadə
fəxri fərmanla təltif edilib.
Layihənin ideya müəllifi
və təşkilatçısı
BMA-nın prorektoru, professor
Yeganə Axundova, bədii rəhbəri BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli,
münsiflər heyətinin
sədri Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadə, üzvləri əməkdar
incəsənət xadimləri
Aydın Əzimov, Sərdar Fərəcov, Ceyhun Allahverdiyev, Nazim Mirişli, Cəlal Abbasov və professor Tərlan Quliyevdir.
“Nəsimi ili” çərçivəsində
reallaşan müsabiqədə 20-35
yaşarası akademik səviyyədə
bəstəkarlıq təhsili olan, bu ixtisas üzrə məzun
olan bəstəkarlar iştirak
ediblər.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.3.