Xalça Muzeyi üçüncü dəfə “Mükəmməllik
sertifikatı”na layiq görülüb
Azərbaycan Xalça Muzeyi dünya üzrə turizm sahəsində ixtisaslaşan TripAdvisor saytının “Mükəmməllik sertifikatı 2019” mükafatına layiq görülüb.
2010-cu ildə təsis olunmuş “Mükəmməllik sertifikatı” ilə nümunəvi xidmət göstərən görməli yerlər, hotel və restoranlar təltif olunur. Bu sertifikatı əldə etmək üçün ərizə ilə müraciət etmək mümkün deyil – o, yalnız milyonlarla insanın saytda bildirdikləri müsbət rəylər əsasında təqdim edilir. Mükafata keçən bir il ərzində TripAdvisor saytında səyahət həvəskarlarından daha çox müsbət rəy almış mədəniyyət və turizm obyektləri layiq görülür.
Azərbaycan Xalça Muzeyinin ziyarətçilərini əsasən turistlər təşkil edir və onların muzey haqqında təəssüratları olduqca müsbətdir. Məhz onların TripAdvisor saytında paylaşdıqları rəylər sayəsində muzey üçüncü dəfə bu mükafatı qazanıb.
Qeyd edək ki,
Azərbaycan Xalça Muzeyi
2018 və 2017-ci illərdə də bu sertifikata layiq görülüb. Beləliklə, muzeyin TripAdvisor
saytının “Şöhrət zalı” adlanan
seçilmişlər siyahısına daxil
olmasına şans yaranır. Həmin fəxri
siyahıya beş il ərzində
saytın “mükəmməllik sertifikatına” layiq
görülmüş müəssisələr
daxildir.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.7.