Günay Əfəndiyeva
macarıstanlı alimlərlə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstandan gələn bir qrup türkoloq alimlə görüş keçirib.
Fondun fəaliyyəti barədə qonaqlara məlumat verən G.Əfəndiyeva söhbət əsnasında türkdilli xalqlar ilə macarlar arasında bağlılıqdan da söz açaraq, bu xalqların bir çox ortaq mədəni dəyərləri bölüşdüyünü bildirib.
Macarıstanda fəaliyyət göstərən Miras Evinin direktor müavini Janos Tot Macarıstanın türkdilli ölkələrilə qarşılıqlı əməkdaşlığından danışaraq, bu istiqamətdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Miras Evi arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihə və tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin fondun türk dünyası irsinin qorunması və təşviqində rolunu yüksək qiymətləndirib.
Macarıstan İncəsənət Akademiyasının həqiqi üzvü Janos Sipos ölkəsində türkologiyanın inkişafı və bu sahədə bir çox elmi araşdırmaların aparılması barədə söz açıb.
Söhbət zamanı qarşılıqlı əməkdaşlıqla
bağlı fikir mübadiləsi
aparılıb. Macarıstanlı alimlər Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
kitabxanasına bir sıra kitablar
hədiyyə ediblər.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.3.