Məşhur Moiseyev ansamblı Bakıda üç gün konsert verib
Rusiyanın İqor Moiseyev adına Dövlət
Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində üçgünlük
konsert proqramına yekun vurub.
Bu, dünyada “İqor
Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışıdır.
Konsert proqramında XX əsrin əfsanəvi xoreoqrafı
İqor Moiseyevin dünya klassik irsi kimi tanınan
“Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiəti
ilə “Araqon Hota”, argentinalı çobanların “Qauço”
rəqsi, əfsanəvi
“Alma” rəqsi və
s. nömrələr təqdim
olunub. Kollektiv son əsəri, argentinalı
xoreoqraf Laura Roattanın
səhnələşdirdiyi “Tango del Plata”
rəqsinin premyerasını
da Bakıda edib.
Qeyd edək ki,
konsert SOCAR və “Qazprombank”ın dəstəyi
ilə təşkil olunub.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.8.