Böyük ideallar hürriyyət şairi

 

 

ƏnənəviSabir poeziya günləri”ndə söz ustadının yaradıcılığına nəzər salındı

 

Uzun illərdir böyük satirik şair, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının ildönümü münasibətilə ənənəvi poeziya günləri təşkil olunur.

Mayın 30-da Şamaxı rayon Mədəniyyət evində ənənəviSabir poeziya günləri”nin açılış mərasimi keçirilib. Tanınmış ədəbiyyat mədəniyyət xadimləri şairin məzarını ziyarət ediblər. Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında reallaşan tədbirdə Sabirin yaradıcılıq yoluna nəzər salınıb, Azərbaycan ədəbi fikrinin inkişafında xidmətlərindən söz açılıb.

Mayın 31-də Rəşid Behbudov adına Dövlət Mahnı TeatrındaSabir poeziya günləri”nin bağlanış mərasimi keçirildi. Gecədə ədəbiyyat, mədəniyyət elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbirin aparıcısı, şair, publisist Əjdər Ol Mirzə Ələkbər Sabirin həyat yaradıcılığı haqqında məlumat verdi: “Yarım əsrdən çoxdurSabir poeziya günlərikeçirilir. Sabir böyük ideallar, hürriyyət şairi idi. O, klassik ədəbiyyatımızda insani dəyərləri təbliğ edən ən önəmli şairlərimizdən biri olub. Bu mənada mən deyərdim ki, Sabir sanki bizim çiynimizdə oturmuş birmələk”dir”.

Tənqidçi Əsəd Cahangir şairin təxəllüsü ilə bağlı fikirlərini bölüşdü: “Atası ona Həzrət Əlinin adını qoymuşdu. Amma o, Allahın mübarək isimlərindən birini özünə ad götürdü. Sabirin timsalında Azərbaycan şeiri özünün minillik səbir etmək  qabiliyyətini nümayiş etdirdi. O, həqiqət axtarırdı. Bu həqiqətiqüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməzdeyən Nizami elmdə, ağılda idrakda görürdü. Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilərdeyən Nəsimi bu həqiqəti insanın simasında axtarırdı. Bütün bu axtarışların son nəticəsi Sabirin poeziyasında cəm oldu. Sanki bütün çaylar axıb birləşərək bir ümmana toplaşdı”.

Xalq şairi Ramiz Rövşən tədbirdə çıxış edərək Sabirin söz sənətindəki yerini yüksək qiymətləndirdi: “Mən 1987-ci ildə verdiyim müsahibədə qeyd etmişdim ki, Füzuli, Sabir kimi böyük şairlərin dünyaya gəlişi ədəbiyyat hadisəsindən daha çox təbiət hadisəsinə bənzəyir. SabirinMolla Nəsrəddinjurnalında çap olunan şeirləri ilə Azərbaycan ədəbiyyatı ikinci bir Şamaxızəlzələ”si yaşadı. Bu “zəlzələ”nin təsiri birinci zəlzələdən qat-qat böyük idi bütün türk dünyasına yayıldı. Mən XX əsr türk ədəbiyyatında poeziyanı kökündən dəyişən iki inqilabçı şair tanıyıram. Bunlardan biri Nazim Hikmət, digəri isə Mirzə Ələkbər Sabirdir”.

Tədbirin sonunda Beynəlxalq Muğam Mərkəzinin solistləri Elgiz Əliyev, Almaxanım Əhmədli şairin şeirləri üstündə muğamlarımızı ifa etdilər. Xalq artisti Cəfər Namiq Kamal Sabir poeziyasından nümunələri səsləndirdi.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.4.