“Hər
bir şəhid bizim ailəmizdəndir”
Uşaqların əl işlərindən
ibarət sərgi
Azərbaycan Rəssamlar İttifaqında
1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi
Günü münasibətilə
“Hər bir şəhid bizim ailəmizdəndir” adlı
uşaqların əl
işlərindən ibarət
sərgi təşkil
edilib. Sərgi Mədəniyyət Nazirliyi,
Azərbaycan Rəssamlar
İttifaqı və Sumqayıt Regional Mədəniyyət
İdarəsinin dəstəyi
ilə reallaşıb.
Layihənin rəhbəri, rəssam
Ramin Allahverdiyev çıxış edərək
bildirib ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü
uğrunda həlak olan, vətən naminə canlarından keçən şəhidlərimizi
hər zaman anmaq, əziz xatirəsini yad etmək hər birimizin vətəndaşlıq borcudur. Təşkil
olunan sərginin qayəsi də budur. Burada təqdim olunan
rəsmlər şəhidlərimizə
ithaf olunub. Bu rəsmlər həmçinin
uşaqların bədii
təxəyyülündə vətən, torpaq sevgisinin əksidir.
Rəssamlar İttifaqının katibi,
Xalq rəssamı Ağaəli İbrahimov şəhidlərimizə həsr
olunan bu cür layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki,
təqdim olunan əl işləri bütövlükdə türk
dünyasına olan sevginin, şəhidlərimizin
ruhuna ehtiramın təzahürüdür.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral bildirib ki, Vətən
torpaqlarının bütövlüyü
naminə canından keçən hər bir şəhidin xatirəsi hamımız üçün əzizdir:
“Bu gün iki qardaş ölkənin bayraqları bir yerdə asılıb. Bu, bizi çox
qürurlandırır. Biz bir millət,
iki dövlət olaraq bütün zamanlarda bir yerdə olacağıq”.
Sonra Türkiyə
səfirinə balaca rəssamın əsəri,
həmçinin şəhid
Əbdülməcid Axundov
haqqında çəkilmiş
sənədli filmin diskləri təqdim olunub.
Tədbirdə digər çıxış
edənlər bildiriblər
ki, bu gün
ölkəmizdə uşaqlara
xüsusi qayğı
göstərilir, bu məsələ dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər
Heydər Əliyev hər zaman bu sahəyə diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam
və Vətənə
layiqli vətəndaşlar
kimi böyüməsi
üçün bütün
zəruri şərait
yaradılmasına çalışıb.
Ümummilli liderin əsasını
qoyduğu bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
davam etdirilir.
Sonra iştirakçılar sərgi
ilə tanış
olublar.
Sərgidə 20-dən çox
uşağın müxtəlif üslublarda
işlədiyi 250-yə yaxın əl işi
təqdim olunub.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.7.