Təmsilçilərimiz Nyu-Yorkdakı
“İpək Yolu” festivalında
Nyu-Yorkun mərkəzindəki “Master Theater”da
“İpək Yolu” festivalı keçirilib. Festivalda
Azərbaycan, Çin,
Gürcüstan, Hindistan,
Monqolustan, İsrail, Türkiyə və digər ölkələrin
musiqiçiləri və
rəqqasları iştirak
ediblər.
Soydaşlarımızın çıxışlarını
izləmək və dəstəkləmək məqsədilə
Meyn ştatındakı
azərbaycanlı icmasının,
Azərbaycan – Nyu-York Assosiasiyasının üzvləri,
Azərbaycanın ABŞ-dakı
səfirliyinin nümayəndəsi
tədbirə qatılıb.
Festivalda
Samir Quliyev (Nyu-York) “Azərbaycan”, Orxan Ağayev (Nyu-York) “Sənə də qalmaz”, Emin Eminzadə (Bakı) “Treasure me” və
“Ñèíÿÿ âå÷íîñòü” mahnıları,
“Mənim yolum” rəqs qrupu (Nyu-York) “Mənim Azərbaycanım”, Tahir Eynullayev (Bakı) “Məzəli rəqs” və Səbinə Nəcəfova (Portland) “Uzundərə”
rəqslərini ifa ediblər.
Nyu-York şəhərinin meri Bill De
Blazio festivalda yüksək
səviyyədə iştiraka görə
“My Way” Uşaq və Gənclərin
İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkür məktubu
göndərib.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.2.