Parisdə azərbaycanlı rəssamın
instalyasiyası sərgilənir
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində rəssam Elvin Nəbizadənin “Sfera” adlı müxtəlif musiqi alətlərindən ibarət müasir incəsənət instalyasiyası nümayiş edilir.
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasına hazırlıq məsələlərinin müzakirəsi ilə bağlı Fransa paytaxtında səfərdə olan mədəniyyət naziri Əbülfəs Qarayev sərgi ilə tanış olub.
28 May – Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təşkil olunan instalyasiya fransalı dövlət nümayəndələri, incəsənət xadimləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Sfera” instalyasiyası ilk dəfə 2017-ci ildə 57-ci Venesiya Biennalesi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Emin Məmmədov və Martin Rothun kuratorluğu altında Azərbaycanın milli pavilyonunda sərgilənib.
Sənət əsəri ölkəmizin
Fransadakı səfirliyinin dəstəyi, kurator
Könül Rəfiyeva və “Art Lexing”
qalereyasının birgə əməkdaşlığı ilə
iyunun 15-dək nümayiş
olunacaq. Elvin Nəbizadənin
əsərlərində musiqi aləti onun sənətindəki müxtəliflik, ənənə
və multikulturalizm simvoludur.
Mədəniyyət.- 2019.- 5 iyun.-
S.3.