Sumqayıt teatrında “Solğun
çiçəklər”
Cari sənət mövsümündə 50 yaşını qeyd edən Sumqayıt Dövlət Dram Teatrı böyük şövqlə öz repertuarını yeni səhnə əsərləri ilə zənginləşdirir.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, yaradıcı heyət Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq görkəmli dramaturqun “Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası üzərində məşqlərə başlayıb.
Cəfər Cabbarlının ailə-məişət
mövzusunda qələmə
aldığı pyesdə həyatı realistik
boyalarla təsvir edərək ədalətsizliyin,
var-dövlət hərisliyinin hansı fəlakətlərlə
nəticələndiyini ustalıqla qələmə alıb. Tamaşaya dəvətli rejissor
Elşən Zeynallı quruluş verir, quruluşçu rəssam
Şahin Hüseynlidir.
Rollarda əməkdar artistlər Cəlal
Məmmədov, Xatirə Süleymanova,
İzaməddin Bağırov və aktyorlar
Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan
Süleymanlı, Elay Xasıyev, Sevda Hüseynova, Məryəm
Hüseynli və başqaları
çıxış edəcəklər. Tamaşanın
premyerası iyulun əvvəlinə nəzərdə
tutulur.
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.5.