Teatrşünas Anar Burcəliyevin
yeni kitabı
Teatrşünas Anar Burcəliyevin “Məqalələrim, resenziyalarım,
oçerklərim və
müsahibələrim” adlı
yeni kitabı nəşr olunub.
Kitabda müəllifin dövri
mətbuatda nəşr
olunan yazları cəmlənib.
Topluda yer alan
materiallar teatrşünasların,
sənətşünasların ilkin məlumat və araşdırmaları
üçün bir mənbə hesab edilə bilər. Bu mənbə həm
ümumi teatr tariximiz baxımından, həm də ayrı-ayrı aktyor, rejissor və teatrlarımızın sənət
yollarının öyrənilməsi
baxımından əhəmiyyətlidir.
Kitabın elmi redaktoru sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
Əməkdar artist Xəzər
Gəncəli, redaktoru
Eşqin Nağıyevdir.
Teatrşünas-tənqidçi Anar Burcəliyev “Əsl el
adamı”, “Səhnə həyat nurumdur”,
“Azərbaycan kinosunun tarixi
və inkişafı”, “Qoşa qanad” kitablarının müəllifidir. “Məqalələrim,
resenziyalarım, oçerklərim və müsahibələrim”
toplusu müəllifin sayca
beşinci kitabıdır.
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.6.