Ukraynada musiqimiz təbliğ
olunur
Ukraynanın paytaxtı Kiyevdə keçirilən “O fest” festivalında Azərbaycan milli musiqisi təbliğ olunub.
Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Xalq artisti Qurban Abbasov və ukraynalı aktrisa, müğənni Natalya Kudryaşovanın birgə təşkil etdiyi konsertdə Azərbaycanın xalq, bəstəkar mahnıları ifa olunub.
Azərbaycan bəstəkarlarının mahnılarının Ukrayna dilində səsləndirilməsi, Azərbaycanın milli rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Q.Abbasov Ukraynanın digər bölgələrində də belə konsertlərin keçiriləcəyini vurğulayıb.
Ukrayna Milli
Operettasının təşkilatçılığı ilə
keçirilən festivalda birinci
Müslüm Maqomayev
müsabiqəsinin qalibi Mikita
Burtsevin ifası konsertə əlavə rəng
qatıb.
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.8.