İpək Yoludialoqa aparan yol

 

 

Ölkəmiz Xorvatiyada beynəlxalq festivala qatılıb

 

Xorvatiyanın Korçula şəhərində 4-cü “İpək Yoludialoqa aparan yolBeynəlxalq Marko Polo Festivalı keçirilib. Azərbaycanın Xorvatiyadakı səfirliyi tədbirdə iştirak edib. Festivala Türkiyə, Koreya Respublikası, Hindistan, İran, İndoneziya, Qazaxıstan digər ölkələrin nümayəndələri qatılıb.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin QurbanovSülh bağıadlı yeni salınmış parkda qədim zamanlardan sülhün rəmzi sayılan zeytun ağacının əkilməsi mərasimində iştirak edib.

Festivalda ölkəmiz Mədəniyyət Nazirliyinin sifarişi iləAzərbaycanfilmkinostudiyasında çəkilmişButabədii filmi (rejissor İlqar Nəcəf) ilə təmsil olunub. Bununla yanaşı, tədbir çərçivəsində İmadəddin NəsimininSığmazamqəzəli xorvat ingilis dillərində tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, “İpək Yoludialoqa aparan yol” Beynəlxalq Marko Polo festivalı Xorvatiya Prezidenti, bu ölkənin Turizm və Mədəniyyət nazirliklərinin himayəsi altında təşkil olunur. Tədbirin əsas məqsədi müxtəlif xalqlar arasında dialoqun inkişafı və Böyük İpək Yolunun keçdiyi ölkələrdə formalaşmış unikal mədəniyyətlərin təbliğ edilməsidir.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.8.