Lənkəranda teatr festivalı
başa çatıb
Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər
İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə
təşkilatçılığı ilə Lənkəran Dövlət Dram Teatrının
binasında keçirilən
Beynəlxalq teatr festivalı (1-5 iyun) başa çatıb.
Festivalın sonuncu günü tamaşaçılara üç
səhnə əsəri
təqdim olunub.
İlkin olaraq səhnəyə İranın Ərdəbil
şəhərinin “Ünvan”
teatrının aktyorları
çıxıblar. Onlar tamaşaçılara
“Qızıl başmaq”
tamaşasını təqdim
ediblər. Əli Bəhnunun
əsəri əsasında
hazırlanmış tamaşanın
quruluşçu rejissoru
Həsən Şıxzadədir.
“Ünvan” teatrı
2012-ci ildən fəaliyyət
göstərir. Teatrın repertuarında İran
və dünya klassiklərinin əsərləri
yer alır. “Ünvan” uşaqlar
və gənclər üçün tamaşalar
hazırlayır.
Daha sonra Şuşa
Dövlət Musiqili
Dram Teatrının aktyorları
ərəb nağılları
əsasında səhnəyə
qoyulmuş “Əlibaba
və qırx quldur” tamaşasını
təqdim ediblər. Nağıl-tamaşaya teatrın baş
rejissoru, Əməkdar
artist Loğman Kərimov
quruluş verib, səhnə tərtibatçısı
Valeh Məmmədovdur.
Birhissəli nağıl-tamaşada
rolları Emin Sevdimalıyev (Əlibaba),
Gündüz Qasımov
(Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları canlandırıblar.
Tamaşada böyük qardaş Qasımın Əlibabaya qarşı xəsisliyi, hiyləgərliyi önə
çəkilməklə pul,
varlanmaq həvəsinin
doğmalıq, yaxınlıq
hislərinin önünə
keçdikdə hansı
acı nəticələrə
gətirə biləcəyi
göstərilir. Əlibabanın zəhmətsevərliyi, dürüstlüyü, ədalət
hissi sayəsində əsl qəhrəmana çevrilməsi məntiqi
nəticəsini tapır.
Festivalın son tamaşasını Salyan Dövlət Kukla Teatrı göstərib. Azərbaycan xalq
nağılı əsasında
hazırlanan “Bostançı
və Şah Abbas” tamaşasında haqq-ədalət adil Şah Abbasın timsalında, tamahkarlıq
və paxıllıq kimi mənfi hislər şahın vəziri Allahverdinin obrazında təcəssüm
olunub. Tamaşanın quruluşçu rejissoru Rauf Afşarov, rəssamı Xatirə Avşarovadır.
Daha sonra festivalın bağlanış
mərasimi keçirilib. Mərasimdə
çıxış edən
Lənkəran Dövlət
Dram Teatrının direktoru
Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil
Quliyev və Mədəniyyət Nazirliyinin
nümayəndəsi Könül
Əliyeva-Cəfərova festivalın
tamaşaçılara xoş
anlar yaşatdığını
bildiriblər.
Festivalda
çıxış edən teatr
kollektivlərinə Mədəniyyət Nazirliyinin
diplomları təqdim olunub.
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.5.