VII Muğam
Televiziya Müsabiqəsində
final
Üç ay müddətində muğam
həvəskarlarının və sənət xiridarlarının maraqla izlədiyi, hər kəsə zəngin təəssürat bəxş
edən VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir. İyunun 15-də Heydər Əliyev Mərkəzində
keçiriləcək final gecəsində 7 gənc iddiaçı səhnəyə
çıxacaq.
Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan
Televiziyasının təşkilatçılığı,
Mədəniyyət Nazirliyinin
iştirakı ilə
Mədəniyyət Fondunun
layihəsi əsasında
keçirilən müsabiqənin
finalında İlahə
Rüstəmova, Murad Rüstəmzadə, Xəyal
Hüseynov, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Faiq Əkbərov və Zülfiyyə Cəbrayılzadə
ifalarını təqdim
edəcəklər.
Müsabiqənin münsiflər heyətinin
tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım
Əyyubova, Bəstəkarlar
İttifaqının katibi,
Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı
direktoru, Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi daxildir.
Xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti əsrlərdən keçərək
müasir dövrümüzə
çatıb. 2005-ci ildə
təməli qoyulan bu müsabiqə muğam irsimin qorunub saxlanılmasına,
gələcək nəsillərə
ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edir.
Qeyd edək ki,
VII Muğam Televiziya
Müsabiqəsində iştirak üçün 400-ə yaxın müraciət
olmuşdu. Münsiflərin dinləmələrindən
sonra onlardan 20-si layihədə
iştirak etmək hüququ
qazanmışdı. Müsabiqə hər həftənin 2-ci
və 4-cü günlərində AzTV və
“Mədəniyyət” kanallarında canlı olaraq
yayımlanıb.
Mədəniyyət.- 2019.- 12 iyun.-
S.2.