Vətənpərvərlik ruhunun
aşılanmasında kinematoqrafiyanın rolu
Gəncə şəhərində davam edən “Mədəniyyət həftəsi” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib.
Tədbirdə Bakı Media Mərkəzinin Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirdiyi, Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş olunub, film ətrafında müzakirə aparılıb.
Tədbirdə Elmi-Metodiki və
İxtisasartırma Mərkəzinin direktoru
Asif Usubəliyev, mərkəzin əməkdaşları,
universitetin tələbələri, Gəncə
və Şəmkir regional mədəniyyət
idarələrinin gənc mədəniyyət işçiləri
çıxış ediblər.
Mədəniyyət.- 2019.-14 iyun.-
S.2.