Türk dünyasında milli mücadilə və ədəbiyyat

 

 

İyunun 13-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutu, Türk Dil QurumuQafqaz Universitetləri Birliyinin (KÜNİB) birgə təşkilatçılığı ilə “Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium keçirilib.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək simpoziumun Türkiyənin istiqlaliyyət mübarizəsinə başlamasının (19 may 1919) 100-cü ildönümünə həsr olunduğunu bildirib. Qeyd edib ki, həmin ərəfələrdə Azərbaycanda da müstəqillik uğrunda mübarizə gedirdi, bir çox əngəllərə baxmayaraq, Şərqdə ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinə toxunan akademik hazırda iki ölkə arasında bütün sahələrdə əlaqələrin artan templə inkişaf etdiyini vurğulayıb.

TİKA-nın Bakı proqram koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Türk Dil Qurumu başqanının müavini Feyzi ErsoyKÜNİB-in rəhbəri Ramazan Korkmaz çıxış edərək iki ölkənin ortaq mədəniyyətindən, elmi, ədəbi əlaqələrindən, eləcə də birgə fəaliyyətin önəmindən danışıblar.

Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov “Azərbaycan poeziyasında milli istiqlal mücadiləsi” mövzusunda məruzə ilə çıxış edib. O, milli istiqlal mübarizəsinin həm Azərbaycan, həm də Türkiyə ədəbiyyatında geniş əks olunduğunu söyləyib. Bildirib ki, həmin dövrdə gənc şairlərdən Məhməd Əmin Yurdaqul, Əhməd Cavad, Cəfər Cabbarlı, Abdulla Şaiq Qafqaz İslam Ordusuna həsr etdikləri şeirlərlə milli ruhun inkişafına dəstək veriblər.

Simpozium bölmə iclasları ilə davam edib.Azərbaycan ədəbiyyatında ədəbi tənqidində Atatürk”, “Ömər Faiq Nemanzadənin türkçülük ideologiyası”, “Milli mübarizə yolunda Əli bəy Hüseynzadə”, “Cavid əfəndinin ortaq türk dili uğrunda mübarizəsi digər mövzularda məruzələr dinlənilib.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.1-2.