Mən bixəbər oldum bu cahandan...”

 

 

Abbasqulu ağa Bakıxanovun 225 illiyi qeyd edildi

 

Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan şair, tarixçi alim, tərcüməçi, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun (1794-1847) zəngin irsi, tarixi tədqiqatları üzə çıxdıqca  ölkəmiz xalqımız qarşısında necə mühüm xidmətlərə malik olduğu bir daha aydınlaşır. Ensiklopedik biliyə əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi tanınan Bakıxanov elmin, mədəniyyətin müxtəlif sahələrinə aid zəngin irs yaradıb.

2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə A.Bakıxanovun 220 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Azərbaycanın elmi, ədəbiyyat mədəniyyəti qarşısındakı xidmətləri bir daha xatırlanıb.

Bu il görkəmli mütəfəkkirin anadan olmasının 225 illiyi qeyd edilir. İyunun 10-da AMEA-nınAzərbaycan Milli EnsiklopediyasıElmi Mərkəzində A.Bakıxanovun yubileyinə həsr edilmiş tədbir keçirildi.

Bakıxanovlar şəcərəsinin tədqiqatçısı Xəyalə Əyriçalmalı A.Bakıxanovun həyat fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. Hərb tariximizin tədqiqatçısı Şəmistan NəzirlininBakıxanov qardaşlarının hərbi fəaliyyəti”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İslam QəriblininBakıxanovun ədəbi irsimövzusunda məruzələri dinlənildi. Qeyd olundu ki, Azərbaycanın böyük maarifpərvər ziyalılarından, tarixçilərindən olan A.Bakıxanov mükəmməl təhsil görmüşdü. Fars, ərəb rus dillərində sərbəst danışırdı. Bununla yanaşı, Qərb Şərq ədəbiyyatı haqqında da məlumatlı idi. O, 26 yaşından rus ordusunda xidmət etməyə başlayıb, eyni zamanda tərcümə işləri ilə məşğul olub. BakıxanovunGülüstani-İrəməsərində ilk dəfə Azərbaycan tarixi sistemli şəkildə qələmə alınıb. Əsərdə monqol işğallarından ərəb əsarətinə qədərki dövr, habelə bundan sonra baş verən siyasi-tarixi proseslər yer alıb.

Tədbirin ikinci hissəsində tədqiqatçı X.ƏyriçalmalıBakıxanovlar şəcərəsi bu nəslin Bakı kəndlərində digər şəhərlərdə məskunlaşan qollarıadlı tədqiqatı barədə söz açdı. Bildirdi ki, Bakıxanovlar soyunun nümayəndələri hazırda Bakı kəndləri Quba bölgəsi ilə yanaşı, İranın Tus Ərdəbil şəhərlərində, eləcə Tiflisdə yaşayırlar.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazil, Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov tədqiqat işini yüksək dəyərləndirdilər.

Bakıxanovlar nəslinin nümayəndəsi, görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Vurğuladı ki, 225 illik yubileyi qeyd edilən A.Bakıxanovun fəaliyyəti bu gün aktual diqqət mərkəzindədir.

Tədbirdə Şahin Fazilin Bakıxanov şeriyyətinə yazdığı təxmislər, Azərbaycan Dövlət Akademik Filarmoniyası solistlərinin ifasında A.Bakıxanovun sözlərinə bəstələnmiş musiqilər səsləndirildi, qəzəllər qiraət olundu.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.4.