“Düşünmək istəyirəm mən...”

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı filialı Xalq şairi, Dövlət mükafatı laureatı Hüseyn Arifin anadan olmasının 95 illiyi ilə əlaqədar “Düşünmək istəyirəm mən...” adlı dəyirmi masa keçirib.

Tədbirdə Hüseyn Arifin ömür yolu və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, şairin poeziya aləmi mövzu baxımından genişdir. Onun əsərlərindən həyatın nəfəsi duyulur. Məhz buna görədir ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. Zərif duyğulu, incə deyimli ifadələr, şairin yaradıcılığına xas olan poetik lövhələr, şeirlərin dadlı-duzlu dünyası oxucu yaddaşında silinməz iz buraxır, insanın mənəvi aləminə təravət gətirir.

Bildirilib ki, Hüseyn Arif yaradıcılığının əzəl qaynaqlarından biri təbiət idi. Doğma Azərbaycan təbiətinin möhtəşəm gözəlliyinə vurğunluq onun poeziyasında geniş  bədii təcəssümünü tapıb. Hüseyn Arif təbiəti sanki bir rəssam kimi canlandırıb.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.6.